\
8 Avqust 2022 - Bazar ertəsi

Kəlbəcərdə erməni təxribatı ilə bağlı cinayət işi açıldı

Kəlbəcərdə erməni təxribatı ilə bağlı cinayət işi açıldı
1252baxış

Kəlbəcərdə erməni təxribatı ilə bağlı cinayət işi açılıb.

 
Baş Prokurorluğun mətbuat xidmətindən Mediapress.az -a verilən məlumata görə, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, 1998-ci il təvəllüdlü əsgər Ayaz Nəzərovun Kəlbəcər rayonu ərazisində xidməti vəzifələrinin icrası zamanı düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olması faktı ilə bağlı Kəlbəcər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
 
Hazırda iş üzrə istintaq davam edir.