\
20 Aprel 2024 - Şənbə

Ermənistanda əsgər güllələnərək öldürülüb

Ermənistanda əsgər güllələnərək öldürülüb
1481baxış

Mayın 11-də Ermənistanın şərq istiqamətində yerləşən N saylı hərbi hissənin döyüş postlarından birində sıravi əsgər Argişti Armenoviç Yeqyanın meyiti aşkarlanıb.

Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 20 yaşlı əsgər sinəsindən güllə yarası alıb.

Faktla bağlı araşdırma aparılır.