\
2 Oktyabr 2022 - Bazar günü

Ermənilərin Laçında basdırdığı daha 90 ədəd mina aşkarlanıb

Ermənilərin Laçında basdırdığı daha 90 ədəd mina aşkarlanıb
1152baxış

Ermənistan silahlı qüvvələrinin diversiya qruplarının Azərbaycan ərazisində basdırdıqları minaların aşkar edilərək zərərsizləşdirilməsi istiqamətində görülən işlər davam edir.

Mediapress.az xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.

Sentyabrın 20-də mühəndis-istehkamçılarımız tərəfindən aparılan minatəmizləmə fəaliyyəti nəticəsində Laçın rayonu ərazisində Böyük İşıqlı dağının dərə boşluğunda 2021-ci ildə Ermənistanda istehsal edilmiş növbəti 90 ədəd Э-001 М tipli piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Azərbaycan Ordusunun mühəndis istehkam-bölmələri qarşı tərəfin minaladığı ərazilərimizin təmizlənməsi üzrə fəaliyyətlərini yüksək peşəkarlıqla davam etdirir.