\
19 Aprel 2024 - Cümə

Minik maşını dayanacağı yerlə-yeksan etdi - İrəvanda

Minik maşını dayanacağı yerlə-yeksan etdi - İrəvanda
1708baxış

Bayram günləri sərxoş ermənilər daha bir qanlı hadisə törədiblər. Dünən axşam saatlarında İrəvanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Mediapress.az Shamshyan.com-a yönəlik məlumat yayan News.am-a istinadən xəbər verir ki, yerli vaxtla saat 21:00 radələrində paytaxtın Narekasi küçəsində BMW markalı minik avtomobili idarəetməni itirərək avtobus dayanacağına çırpılıb. Nəticədə dayanacağın metal konstruksiyası uçub və 3 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarəti alıb. Yaralılardan ikisi 9 və 12 yaşlı uşaqlardır. Onlar 37 və 34 yaşlı valideynləri ilə birlikdə xəstəxanaya çatdırılıblar. Hər birinin vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Hadisə yerindən qaçan sürücünün sərxoş vəziyyətdə olduğu bildirilir.