\
29 Mart 2024 - Cümə

İrəvanın mərkəzində 3 ev külə döndü - "Biz küçə itləri kimi atılmışıq"

İrəvanın mərkəzində 3 ev külə döndü - "Biz küçə itləri kimi atılmışıq"
1950baxış

Bu gün səhər saatlarında İrəvanın mərkəzində 3 yaşayış evi yanıb. 

Mediapress.az Shamshyan.com-a yönəlik məlumat yayan News.am-a istinadən xəbər verir ki, bu gün yerli vaxtla səhər saat 05:00-05:30 paytaxtın mərkəzi inzibati rayonunda bir neçə evin yanıb kül olması ilə nəticələnən fövqəladə hadisə baş verib. Yanğın sürətlə ətraf əraziyə yayılıb. Tələfat olmasa da, 3 mənzil yararsız hala düşüb.

Mediapress.az həmçinin yerli Hetq.online saytına istinadən xəbər verir ki, evsiz qalan sakinlər mövcud vəziyyətdən hədsiz dərəcədə narazıdırlar və problemin tezliklə həll olunacağına ümid bəsləmirlər.

“Biz guya mərkəzdə yaşayırıq. Amma küçə itləri kimi atılmışıq. Səsimizi eşidən yoxdur, bizi ölümə tərk ediblər. Ümumiyyətlə, Ermənistanda həyat olduqca acınacaqlıdır. Biz yaşamırıq, canlı meyitlərik”, - deyə jurnalistlərə açıqlama verən sakinlər Ermənistanda həyatın bir kabus olduğunu deməkdən, yeni iqtidara belə ümid bəsləmədiklərini bildirməkdən çəkinməyiblər.