\
28 Mart 2024 - Cümə axşamı

Moskvada erməni taksi sürücüsü rus sərnişini bıçaqladı - Erməni özbaşınalığı

Moskvada erməni taksi sürücüsü rus sərnişini bıçaqladı - Erməni özbaşınalığı
1638baxış

Rusiyanın paytaxtında taksi sürücüsü kimi fəaliyyət göstərən milliyyətcə erməni olan Artyom Aroyan adlı şəxs dünən gecə saatlarında sərnişininə bıçaq zərbələri endirib.

Mediapress.az Ermənistanın News.am xəbər saytına istinadən xəbər verir ki, Yandeks-taksi xidmətinin sürücüsü ödənişdə yaranmış problemə görə müştərisinə bıçaqla hücum çəkib. 33 yaşlı müştəri Andrey Steşko adlı şəxs ödənişi kartla həyata keçirə bilmədiyi və üstəlik nağd hesablaşma aparmadığı üçün sürücünün fiziki terroruna məruz qalıb. Zərbə ölümcül olmasa da, yaralı dərhal yaxınlıqdakı xəstəxanaya, erməni sürücü isə polisə aparılıb.