\
25 Aprel 2024 - Cümə axşamı

Təslim olacağını deyən qatil erməni nədənsə gizlənir - Dərinləşən milli münaqişə - VİDEO

Təslim olacağını deyən qatil erməni nədənsə gizlənir - Dərinləşən milli münaqişə - VİDEO
1664baxış

Qazaxıstanın daxili işlər nazirliyi bu ölkənin erməni millətindən olan vətəndaşı, məlum qətl hadisəsinə görə axtarışda olan Narek Quruyan haqda məlumat yayıb.

Mediapress.az Tengrinews.kz yönəlik məlumat yayan News.am saytına istinadən xəbər verir ki, şübhəli şəxsin təslim olmaq istəyini əks etdirən dünənki video müraciəti DİN tərəfindən lazımı qaydada qiymətləndirilib. DİN-nin daxili və xarici kommunikasiyalar departamentinin direktoru Almaz Sadubayev bu barədə ictimaiyyətə məlumat verib. Onun sözlərinə görə, fakt üzrə artıq 8 nəfər həbsə alınıb, vətəndaş N.Quruyan isə hələ də axtarışdadır. Onun məlum video müraciətindən sonra polislər 2 dəfə Narek Quruyanın valideynlərinin yanında olublar, lakin onu tapa bilməyiblər. Gənc You-Tube-dakı çıxışında qanuna tabe olmaq istədiyini bildirmiş olsa da, nədənsə hələlik üzə çıxmır. DİN rəsmisi onu da əlavə edib ki, problem milli münaqişə zəminində deyil, konkret cinayət faktı əsasında araşdırılacaq.