\
26 Aprel 2024 - Cümə

Ermənistanda 10 nəfərdə “donuz qripi” tapıldı - Gürcüstanda isə 11 ölü

Ermənistanda 10 nəfərdə “donuz qripi” tapıldı - Gürcüstanda isə 11 ölü
1628baxış

Ermənistanda 10 nəfərdə “donuz qripi” aşkar edilib.

Mediapress.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu ölkənin səhiyyə naziri səlahiyyətlərini icra edən Liana Torosyan hadisəyə münasibət bildirərək onu bəsitləşdirməyə çalışıb: “Gəlin, buna “donuz qripi" deməyək. Hazırda Avropada olduğu kimi, Ermənistanda da adi H1N1 virusu yayılıb”.

Ermənistan səhiyyə naziri bildirib ki, yanvarın 8-də "donuz qripi" simptomları ilə 642 vətəndaş poliklinikaya müraciət edib, onlardan 597-nə tənəffüs yollarının iltihabı diaqnozu qoyulub.

Qeyd edək ki, Gürcüstanda A (H1N1) virusundan (“donuz qripi”) 11 nəfər dünyasını dəyişib.