\
26 Aprel 2024 - Cümə

Avropa məhkəməsi Ermənistanın əleyhinə qarar verdi - İnsan hüquqlarının pozulması faktı ilə

Avropa məhkəməsi Ermənistanın əleyhinə qarar verdi - İnsan hüquqlarının pozulması faktı ilə
1596baxış

Avropa insan hüquqları üzrə məhkəməsi növbəti dəfə Ermənistan hökumətini qanunları pozmaqda ittiham edib. Dünən Ermənistan dövləti tərəfindən təqib olunan Samvel Mayrapetyan barədə keçid qərar verib və bu ölkənin hökumətini həmin şəxsin müalicəsini təcili olaraq təmin etməyə çağırıb.

Mediapress.az xəbər verir ki, bu barədə News.am-a S.Mayrapetyanın vəkil qrupu məlumat verib. Məlumatda bildirilir ki, şikayətçinin Ermənistanda müalicəsi mümkün olmadığı üçün Avropa məhkəməsi belə qərara gəlib ki, onun Almaniyaya gedərək müalicə almağı qeyri-şərtsiz təmin edilməlidir. Əks halda, bu, Ermənistanda insan hüquqlarının pozulması faktı kimi dəyərləndiriləcək.

Xatırladaq ki, Samvel Mayrapetyan biznesmendir və rüşvətə təhrik etmə maddəsi ilə ittiham olunur.