\
29 Mart 2024 - Cümə

Ermənistanda azərbaycanlıya 10 il həbs cəzası verilib (STATİSTİKA)

Ermənistanda azərbaycanlıya 10 il həbs cəzası verilib (STATİSTİKA)
1521baxış
Ermənistanda "casusluq” və "vətənə xəyanət” maddələri ilə məhkum olunan 8 nəfərdən biri Azərbaycan mənşəli İran vətəndaşı Bəhnam Bağıridir.
 
Mediapress.az modern.az-a istinadən xəbər verir ki, ölkənin məhkəmə departamenti açıqlama yayıb. Bağıri 2010-cu ildə Azərbaycanın xeyrinə casusluq etdiyi itməsi ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
 
Onunla birlikdə bu işdə şübhəli şəxs kimi keçən Qevork Ayrapetyan isə 12 il müddətinə azadlıqdan məhrum edilib.
 
Sonuncu dəfə 2016-cı ildə Rafik Papoyan Azərbaycanın xeyrinə casusluq etdiyi üçün 14 il həbs cəzası alıb.
 
Ermənistan məhkəmə departamenti 1993-cü ildən bəri 20-dən artıq inanın "vətənə xəyanət” və "casusluq” ittihamı ilə azadlıqdan məhrum ediliblər.