\
26 Aprel 2024 - Cümə

N.Paşinyanın Moskva səfərində V.Putin onu qəbul etməyəcək - Kremldən sərt açıqlama

N.Paşinyanın Moskva səfərində V.Putin onu qəbul etməyəcək - Kremldən sərt açıqlama
1628baxış

N.Paşinyanın 25 yanvar tarixinə nəzərdə tutulmuş görüşü zamanı Rusiya prezidentinin onunla görüşəcəyi barədə hələlik rəsmi məlumat yer almayıb. Mediapress.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə R.F. prezidenti V.Putinin mətbuat katibi Dmitriy Peskov məlumat yayıb.

Qeyd edək ki, qonşu ölkənin baş naziri “Avrasiya kollegiyası ilə görüş” üçün cari ilin 25 yanvar tarixində Rusiya paytaxtına səfər etməyi planlaşdırır. R.F. prezidentinin mətbuat katibinin sözlərinə görə, V.Putinin cümə gününə nəzərdə tutulmuş görüşlər qrafiki çox sıxdır və bu qrafikdə N.Paşinyanın adı yoxdur.

Xatırladaq ki, Ermənistanın baş naziri N.Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyəti sabah Moskvaya işgüzar səfərə yollanacaq.