\
25 Aprel 2024 - Cümə axşamı

Erməni ata çaqqalı nişan alarkən öz oğlunu ölümcül yaraladı - Qarabağda

Erməni ata çaqqalı nişan alarkən öz oğlunu ölümcül yaraladı - Qarabağda
1742baxış

Dağlıq Qarabağda ata güllə ilə oğlunu başından yaralayıb. Hadisə dünən axşam saatlarında baş verib. Mediapress.az separatçı rejimin polis orqanlarına yönəlik məlumat yayan News.am-a istinadən xəbər verir ki, 37 yaşlı Mardakert (qeyd: Ağdərə) rayon sakini N.S çaqqalı nişan alarkən 11 yaşlı oğlu T.S-nı başından ağır yaralayıb. Yaralının beyni ciddi zədələnib, vəziyyəti stabil ağır olaraq qiymətləndirilir. Şübhəli şəxs qismində saxlanılan atanın silahı müsadirə edilib. Faktla bağlı araşdırma aparılır.