\
20 Aprel 2024 - Şənbə

Erməni “alfons” rus qızını 1,7 mln kreditə saldı - Ermənisayağı tragikomediya

Erməni “alfons” rus qızını 1,7 mln kreditə saldı - Ermənisayağı tragikomediya
1804baxış

Rusiyada erməni fırıldaqçılığı ilə bağlı növbəti hadisə qeydə alınıb. Bu hadisə melodrama janrında tragikomik filmlərin ssenarisini xatırladır.

Mediapress.az Proufu-ya yönəlik məlumat yayan News.am-a istinadən xəbər verir ki, özünü tanınmış iş adamı kimi təqdim edən 47 yaşlı erməni sosial şəbəkədə tanış olduğu qızı aldadaraq, onun banklardan 1,7 mln rubl kredit almasına və erməni “sevgilisinə” verməsinə nail olub. Məhkəmə araşdırması zamanı məlum olub ki, erməni dələduzluq məqsədilə sevgilisini mütəmadi olaraq bahalı avtomobillərlə fərqli istirahət məkanlarına dəvət edirmiş. Qısa zaman ərzində o, qızı inandıra bilib ki, yüksək sosial sinfin nümayəndəsidir və bina tikintisi ilə məşğul olan böyük bir şirkətə malikdir. Bir neçə görüşdən sonra dələduz erməni ofisində geniş yoxlamaların başlandığını bildirib. Qız təlaş içərisində müxtəlif banklardan öz adına kreditlər almağa başlayıb. Ümumilikdə toplaya bildiyi 1,7 mln rubl məbləği sevgilisinə ötürüb. 47 yaşlı erməni onu inandırmağa çalışıb ki, bu pulları rüşvət verərək biznesini xilas etdikdən sonra banklara borcu qrafikə uyğun ödəyəcək. Lakin sonuncu görüşün səhəri günü erməni “alfons” qıza səsli mesaj göndərərək, intihara hazırlaşdığı haqda məlumat verib. Qız lazım olan pulu verdiyi üçün intihar məsələsinin fırıldaq olduğunu anlayıb və dərhal polisə müraciət edib.   

Məhkəmənin qərarı ilə erməni “alfons” sevgilisinə vurduğu maddi ziyanı ödəmək şərti ilə 4 il 6 ay həbs cəzası alıb.

Qeyd edək ki, bu məlumat Rusiya Federasiyasının Başqırdıstan respublikası prokurorluğunun rəsmi səhifəsində də yer alıb.