\
20 Aprel 2024 - Şənbə

Serj Sarkisyan federasiya prezidenti vəzifəsində olduqca məyus görünür - Sabiq prezidentin problemləri çoxdur

Serj Sarkisyan federasiya prezidenti vəzifəsində olduqca məyus görünür - Sabiq prezidentin problemləri çoxdur
1586baxış

Ermənistanın devrilmiş prezidenti və baş naziri Serj Sarkisyan artıq bu ölkənin şahmat federasiyasının prezidenti kimi fəaliyyətini davam etdirir.

Mediapress.az Ermənistanın “Çorrord İnşxanutyun (tərcüməsi: Dördüncü hakimiyyət)” qəzetinə istinadən xəbər verir ki, ölkənin sürətli şahmat üzrə çempionatının qaliblərini məhz S.Sarkisyan mükafatlandırıb. Mükafatlandırma mərasimində çəkilmiş şəkildən göründüyü kimi, ölkənin sabiq rəhbəri olduqca məyus görünür. Bu isə onu deməyə əsas verir ki, Respublika partiyasının düşdüyü ağır vəziyyət, onun köhnə silahdaşlarının üzləşdikləri problemlər, həmçinin şəxsinin ölkə idarəçiliyindən uzaq qalması S.Sarkisyanı məyus edən amillərdəndir. Onu düşündürən digər amil ondan ibarətdir ki, silahdaşları barəsində açılmış cinayət işləri onu da müttəhimlər kürsüsünə apara bilər.