\
26 Aprel 2024 - Cümə

N.Paşinyanın cəmi 2-3 ay işləmiş məmurları büdcəni talayırlar - Ermənistanda “Mükafat” qalmaqalı - VİDEO

N.Paşinyanın cəmi 2-3 ay işləmiş məmurları büdcəni talayırlar - Ermənistanda “Mükafat” qalmaqalı - VİDEO
1637baxış

Ermənistanda cəmiyyətin haqlı etirazına səbəb olan qalmaqallar bir-birini əvəz etməkdədir. Mediapress.az News.am-a istinadən xəbər verir ki, cəmi 2-3 aydır vəzifə başına gələn məmurlar dövlət büdcəsindən özlərinə böyük məbləğdə mükafat yazmağa başlayıblar. Bu hal cəmiyyətdə haqlı narazılığa, hətta qalmaqala səbəb olub. “İşıqlı Ermənistan” parlament fraksiyasının rəhbəri, deputat Edmon Marukyan jurnalistlərə açıqlamasında bu faktları kəskin şəkildə tənqid edib. “Bəzi hallarda dövlət maaşları özündə mükafatları da ehtiva edib. Bəzi orqanlarda 3 aydan bir, bəzilərində isə ildə bir dəfə verilmiş mükafatlar əməkhaqqı fonduna daxil edilib. Cəmiyyətin mənfi reaksiyası onunla əlaqədardır ki, müəyyən insanlar cəmi 2-3 ay işləmələrinə baxmayaraq, özlərinə külli miqdarda, astronomik rəqəmlərlə ölçülən mükafatlar yazıblar, məsələn, paytaxt meriyası”, - deyə təəccübünü gizlədə bilməyən millət vəkili bu məsələdə meyarların dəqiqləşdirilməsini təklif edərək əlavə edib: “Bu haqda çox sözlər deyilib. Sadəcə standartları, halları, meyarları, məbləğləri, həmçinin mükafatların əməkhaqqına əlavə oluna bilməsi prinsipini gözdən keçirmək lazımdır”.