\
19 Aprel 2024 - Cümə

“N.Paşinyan Azərbaycan prezidenti ilə görüşərkən birinci prezidentdən məsləhətlər alıb” - Erməni mətbuatının iddiaları

“N.Paşinyan Azərbaycan prezidenti ilə görüşərkən birinci prezidentdən məsləhətlər alıb” - Erməni mətbuatının iddiaları
1583baxış

Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan prezidenti İlham Əliyevlə qeyri-rəsmi formatda görüşməsi erməni analitikləri tərəfindən ciddi müzakirə olunur. Mediapress.az bu ölkənin “Past” qəzetinə istinadən xəbər verir ki, 1,5 saat davam etmiş görüş cəmiyyətdə birmənalı qarşılanmayıb. Qəzet iddia edir ki, Davosda baş tutmuş zirvə görüşünün detalları XİN rəhbərlərinin 4 saat davam etmiş görüşündə hərtərəfli müzakirə olunub. Qəzetin etibarlı mənbələrinin məlumatına görə, N.Paşinyan görüş otağına daxil olmamışdan bir neçə dəqiqə əvvəl sabiq prezident Levon Ter-Petrosyanla telefonla danışıq aparıb və ondan məsləhətlər alıb. Belə ki, baş nazir görüş üçün ayrılmış otağa daxil olarkən telefonla kiminləsə ciddi söhbət edirmiş”.