\
20 Aprel 2024 - Şənbə

N.Paşinyan: “Təəssüf ki, bizdə neft-qaz tranzit xətti inşa edilmir” “ - Ermənistan Azərbaycana güzəştə getməklə iqtisadiyyatını dirçəltməyə çalışacaq”

N.Paşinyan: “Təəssüf ki, bizdə neft-qaz tranzit xətti inşa edilmir”  “ - Ermənistan Azərbaycana güzəştə getməklə iqtisadiyyatını dirçəltməyə çalışacaq”
1712baxış

Bütün regional layihələrdən kənarda qalmış Ermənistanın iqtisadiyyatını inkişaf etdirmək cəhdləri uğursuzluğa düçar olur. Bunu ölkənin yeni baş naziri Nikol Paşinyan da yaxşı bilir. Mediapress.az xəbər verir ki, o, Rusiyanın RBK televiziya kanalına müsahibəsində narahatlığını açıq-aydın dilə gətirib. Ona verilən “Ermənistan enerji məsələsində Rusiyadan asılılığını azaltmağa çalışan ölkələrə qoşulmaq fikrindədirmi”, “Şimal axını-2” layihəsini təhlükə mənbəyi hesab edirmi suallarına cavab verərkən baş nazir arzularını və gələcəyə yönəlik planlarını dilə gətirərək deyib: “Ermənistan öz ərazisindən qaz və ya neft məhsullarını tranzit etmək istəyərdi. Təəssüf ki, bizdə “Şimal axını-2” kimi neft-qaz tranzit xətti inşa edilmir. Biz bu işdə maraqlıyıq ki, ölkəmizdə də hər hansı bir tranzit xətti inşa edilsin. Məsələn, A nöqtəsindən B nöqtəsinə qədər çəkilmiş borunun bir hissəsi Ermənistandan keçsin. Biz bu tip layihələrə hədsiz maraq göstəririk”.

Xatırladaq ki, “Şimal axını-2” layihəsi Rusiyanın Baltik sahillərindən Almaniyaya qədər 55 mlrd kub tutumlu qaz xəttinin çəkilməsini planlaşdırır. İnşaat 9,5 mlrd avro dəyərində qiymətləndirilir və istismarı 2019-cu ilin sonuna nəzərdə tutulur.

Ermənistanın “Çorrord İnşxanutyun (Tərcüməsi: 4-cü hakimiyyət) qəzetinin siyasi analitiklərinin fikrincə, N.Paşinyanın Qərbə yönəlik siyasi kursu onun tezliklə Azərbaycanla danışıqlarda güzəştlərə gedəcəyinin ilkin siqnalıdır. N.Paşinyan ilk mərhələdə Aran Qarabağdakı torpaqları geri qaytarmaq hesabına Ermənistan iqtisadiyyatını dirçəltməyi planlaşdırır. Əks təqdirdə, yaxın 2 il ərzində siyasi etibarını itirəcəyini dərk edir. Deməli, baş nazirin fikirlərini açıq-aydın ifadə etməyə başlamasını təsadüf adlandırmaq sadəlövhlük olardı. Müxalifətyönlü və ya “Qarabağ” klanından olan siyasətçilərin yekdil fikrincə, Ermənistanın indiki iqtidarı Azərbaycana güzəştə getməklə ölkə iqtisadiyyatını dirçəltməyə çalışacaq.