\
25 Aprel 2024 - Cümə axşamı

Yerevan sakini avtomobilini meriya binasının qarşısında yandırmaq istəyib - FOTO - VİDEO

Yerevan sakini avtomobilini meriya binasının qarşısında yandırmaq istəyib - FOTO - VİDEO
1602baxış

Ermənistanda sakin etiraz əlaməti olaraq öz avtomobilini meriya binasının pilləkənində yandırmağa çalışıb.

Bu barədə "Tert.am" xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə paytaxt Yerevanda baş verib. Narazı sakin "Niva" markalı avtomobili meriya binasının əsas girişinin pilləkəni qarşısına sürüb və maşın və uzun müddət qapı qarşısında dayanıb.

Sürücü avtomobilinə benzin tökməyə və onu yandırmağa çalışıb, ancaq buna müvəffəq olmayıb. Hadisə yerinə FHN və polisin əməkdaşları cəlb edilib. (report)

Mediapress.az