\
25 Aprel 2024 - Cümə axşamı

Ermənistanın keçmiş baş məhkəmə icraçısı Rusiyada həbs olunub

Ermənistanın keçmiş baş məhkəmə icraçısı Rusiyada həbs olunub
1559baxış

Rusiya məhkəməsi Ermənistanın sabiq baş məhkəmə icraçısı Miqran Poqosyanı öz ölkəsinə ekstradisiya etmək məsələsini nəzərdən keçirmək üçün 40 gün müddətinə həbs edib. Bu barədə Ermənistan Baş Prokurorluğunun İctimaiyyətlə ələqalər şöbəsinin rəhbəri Arevik Xaçatryana istinadən RİA "Novosti" məlumat yayıb.

O əlavə edib ki, Ermənistan Baş Prokurorluğu ekstradisiya üçün lazım olan bütün sənədləri Rusiya tərəfinə təhvil verib.

Poqosyan daha əvvəl Ermənistanda xidməti vəzifəsindən sui-istifadə edərək israfçılıq yolu ilə dövlət əmlakının xüsusi böyük həcmdə mənimsənilməsində ittiham olunaraq axtarışa verilib. (report)

Mediapress.az