\
26 Aprel 2024 - Cümə

Ermənistan hərbçisi yol qəzasında ölüb

Ermənistan hərbçisi yol qəzasında ölüb
1602baxış

Ermənistanın Armavir vilayətində baş verən yol qəzası nəticəsində 1 hərbçi ölüb, 3 nəfər yaralanıb.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, hadisə Armavir-Qaraburun (indi Karakert adlanır) avtomobil yolunda qeydə alınıb.

“Mersedes” və “QAZ-3110” markalı avtombillər toqquşub.

Qəza nəticəsində ölən çavuş Ermənistanın ordusunun hərbi hissələrindən birində xidmət edirmiş.

Faktla bağlı cinayət işi başlayıb.

Mediapress.az