\
19 Aprel 2024 - Cümə

Azərbaycan-Ermənistan sərhədində düşmən təxribatları davam edir

Azərbaycan-Ermənistan sərhədində düşmən təxribatları davam edir
1608baxış

Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin sər­həd döyüş mövqelərinə qarşı düş­mən tərə­finin təxribatları davam edir.

Bu barədə KİV-ə Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən məlumat verilib.

2019-cu ilin 28 iyul tarixində saat 09:00-dan etibarən bir neçə istiqa­mət­dən döyüş mövqe­lərimiz və arxa istiqa­mətdə hərəkətdə olan hərbi nəq­liyyat vasitələrimiz düşmən snayperləri tərəfindən atə­şə tutul­muşdur.

Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşilə susdurulmuşdur.

Mediapress.az