\
28 Mart 2024 - Cümə axşamı

DSX: Ermənistanın təxribatının qarşısını alan zaman yaralanan əsgər əməliyyat olunub

DSX: Ermənistanın təxribatının qarşısını alan zaman yaralanan əsgər əməliyyat olunub
1637baxış

İyulin 31-də Azərbaycan-Ermənistan dövlət sər­hə­din­də təmas xəttində yerləşən sər­həd döyüş mövqelərinə qarşı düş­mən tərə­finin təxribatının qarşısının alınması zamanı yaralanan hərbi qul­luqçu üzərində avqust ayının 1-də aparıl­an cərrahiyyə əmə­liy­yatı uğurla başa çatıb.  

Bu barədə "Report"a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. 

Hazırda vəziyyəti qənaətbəxşdir. Dövlət Sərhəd Xidməti rəisinin müavini – Sərhəd Qoşunla­rının Ko­mandanı general-leytenant Əsgər Xəlilov hərbi qul­luqçuya baş çəkib, cər­rahiyyə əməliyyatından sonrakı vəziyyəti ilə ya­xından tanış olub. 

General-leytenant Ə.Xəlilov hərbi hospitalda hərbi qulluqçunun vali­deyn­­ləri ilə görüşüb, övladlarını dövlətə sədaqət, vətən­pərvərlik və düş­mə­nə nifrət ruhunda tərbiyə etdiklərinə görə Dövlət Sərhəd Xidmətinin rəh­bərliyi adından təşəkkürünü bildirib, oğullarının tezliklə sağalması üçün bütün lazımi tədbirlərin görülə­cəyinə onları əmin edib. 

Mediapress.az