\
23 Oktyabr 2019 - Çərşənbə

"Artıq bundan sonra düşmən ayıldı ki, yüksəkliyi növbəti dəfə geri qaytarmaq mümkünsüzdür" - General-mayor Mayis Bərxudarov

"Artıq bundan sonra düşmən ayıldı ki, yüksəkliyi növbəti dəfə geri qaytarmaq mümkünsüzdür" - General-mayor Mayis Bərxudarov
1102baxış
Azərbaycan Ordusunun Birlik komandiri general-mayor Mayis Bərxudarov Aprel döyüşləri ilə bağlı Moderator.az-a danışıb:
 
"Öncədən ermənilərin hücuma keçəcəyini hiss etmişdik, bu səbəbdən tamamilə hazır idik. Hər bir silah-sursatımız var idi. Ona görə də arxayın şəkildə onları qarşılamağa hazır olduq. Əslində, düşmən özü bizə qarşı gəlməyə başladı və biz də ona yetəri qədər cavab verdik.  Düşmənin gözləmədiyi anda hücuma keçib, səngərlərinə girdik. Səngər yüksək peşəkarlıq tələb edi. Burada tapşırıqlar yerinə siqnalla yetirilir. Hazırlaşdıq, göstərdik və lazım olan yerə çıxdıq. “Ohanyan səddi” – ermənilər onu arxadan da, sağdan da, soldan da qoruyurdu. Biz o yaradılan yalançı mifi məhv etdik!
 
Onlar təlaş içərisində yenidən növbəti hücuma keçdikdə qüvvələrimiz qarşısında tab gətirə bilmədilər. Əvvəlcə onların döyüş texnikasını məhv edib sıradan çıxardıq, sonra isə canlı qüvvəsini dağıtdıq. Artıq bundan sonra düşmən ayıldı ki, yüksəkliyi növbəti dəfə geri qaytarmaq mümkünsüzdür.
Bu 4 günlük döyüşdə dəyərli həmkarlarımızı, igid oğullarımızı itirdik, amma torpaqlarımız uğrunda canını fəda etməyə hazır olan şəhidlərimizin qanı yerdə qalmadı. 
Düşmən bu gün bizimlə heç cür müqayisə olunacaq səviyyədə deyil. İstər canlı qüvvəsi, istər texnikası, istərsə də silah-sursatı müqayisə olunacaq səviyyəyə malik deyil. Özləri də bunu hiss edirlər və ilk təxribatçı addımı atacaqları təqdirdə başlarına hansı oyunun gələcəyini çox yaxşı bilirlər. İstənilən halda növbəti döyüş əməliyyatlarında biz torpaqları geri qaytaracağıq. Buna əminəm!"
 
Könül Aypara