\
19 Mart 2024 - Çərşənbə axşamı

Pilot Rəşad Atakişiyevin adından profil açılıb, pul yığılır! - Qardaşı Nicat: “Rəşadın adından istənilən hec bir şeyə qarşılıq verməyin və inanmayın!” - FOTOLAR

Pilot Rəşad Atakişiyevin adından profil açılıb, pul yığılır! - Qardaşı Nicat: “Rəşadın adından istənilən hec bir şeyə qarşılıq verməyin və inanmayın!” - FOTOLAR
1991baxış
Azərbaycan Hərbi Hava Qüvvələrinin mərhum pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin həyat yoldaşının adından sosial şəbəkələrdə profillər açılıb. Naməlum şəxs (və ya şəxslər) izləyicilərindən pul toplamaqla məşğuldurlar. 
 
Bu barədə Rəşadın qardaşı Nicat Moderator.az-a danışdı:
 
“Son günlər ordan-burdan eşidirik ki, kimlərsə mərhum qardaşımın xanımı Könülün adından profillər açaraq, izləyicilərdən pul yığmaqla məşğuldur. Düzü, şoka düşdük. Hələ yaramız qaysaq bağlanmamış bu nə işlərdir görürlər?  
Burdan demək istəyirəm ki, kimsə bu oyuna gəlməsin! Kimsə Rəşad haqqında insanlarda yanılş fikir formalaşdırmaq və insanların sevgisindən istifadə etmək istəyir. Gəlin bacımın adından kimsə profil acıb, pul toplayir. Rəşadın adından istənilən hec bir şeyə qarşılıq verməyin və inanmayın.
Bu insanı da axtarıb taparıq, İnşallah”, - deyən Nicat Atakişiyevə “hadisə ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etmisinizmi?” sualına “Çox güman ki, edəcəyik” cavabını verdi. 
 
Xatırldaq ki, iyul ayının 24-ü saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilmiş və aviasiya vasitəsi radarlardan itmişdir. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşmüşdür. Təyyarənin axtarış ərazisinin təxmini sahəsi 600 kvadrat kilometr, dərinliyi 40 metrə qədər olub. Təyyarə və pilotun axtarışları üçün Türkiyə və Rusiyadan mütəxəssis və avadanlıqlar cəlb olunmuşdu. 
Azərbaycan Müdafiə Nazirliyinin avqustun 19-da verdiyi məlumata görə, təyyarənin qara qutusu, 20 avqust tarixində isə pilotun nəşi tapılmışdır. 21 avqust tarixində Rəşad Atakişiyevin nəşi ikinci Fəxri xiyabanda dəfn edilmişdir.
 
Könül Aypara
Mediapess.az