\
24 Aprel 2024 - Çərşənbə

Zakir Həsənov cəbhə zonasında (FOTOLAR)

Zakir Həsənov cəbhə zonasında (FOTOLAR)
1732baxış
Silahlı Qüvvələrin Ali Baş Komandanının tapşırığının icrası ilə əlaqədar Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada tikintisi davam edən bir neçə hərbi obyektdə olublar.
 
Bu barədə Mediapress.az-a  Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
 
Tikinti işlərinin gedişatını yoxlayan Müdafiə naziri inşaat işlərinin keyfiyyətli aparılması və vaxtında başa çatdırılması ilə əlaqədar müvafiq tapşırıqlar verib.