\
24 Aprel 2024 - Çərşənbə

Ermənistanda Robert Koçaryanın azad edilməsi tələbi ilə imzatoplama kampaniyası başlayıb

Ermənistanda Robert Koçaryanın azad edilməsi tələbi ilə imzatoplama kampaniyası başlayıb
1489baxış

Ermənistanın keçmiş pezidenti, 2008-ci ildə ölkədə konstitusiya quruluşunun devrilməsi ittihamı üzrə həbs edilmiş Robert Koçaryanın tərəfdarlarının cəmləşdiyi "Qələbə" ictimai-siyasi hərəkatının nümayəndələri Lori vilayətində sabiq dövlət başçısının azad edilməsi tələbi ilə imzatoplama kampaniyasına başlayıblar.

Bu barədə "Report" Ermənistan mətbuatına istinadən xəbər verir.

Məlumata görə, sabiq dövlət başçısının tərəfdarları 2008-ci ildə cinayətlər törətmiş keçmiş prezidentin dərhal azad olunmasını tələb ediblər.

Qeyd edək ki, 2008-ci ilin martında konstitusiya quruluşunun devrilməsi ilə bağlı cinayət işində təkcə Robert Koçaryanın adı keçmir. Bu işdə həmçinin keçmiş müdafiə naziri Seyran Ohanyanın, baş nazirin sabiq müavini Armen Qevorkyanın da adları var. 

Mediapress.az