\
29 Mart 2024 - Cümə

Ermənistanda atışma olub, xəsarət alan var

Ermənistanda atışma olub, xəsarət alan var
1029baxış

Ermənistanda atışma olub.

"Report" "News.am"a istinadən xəbər verir ki, hadisə Artaşat vilayətində qeydə alınıb.

Bildirilir ki, hadisə zamanı 1 nəfər xəsarət alıb. O, xəstəxanaya çatdırılıb. Xəsarət alan şəxsin kimliyi müəyyənləşdirilir.

Atışmanın baş verdiyi yerə gedən polis əməkdaşları ərazidə giliz, 2 mərmi və dəyənək aşkarlayıblar. 

Hadisənin təfərrüatı açıqlanmır.

Qeyd edək ki, bu, Ermənistanda ötən gün qeydə alınan ikinci silahlı insidentdir. Dünən habelə bu ölkədə məhkəmə binası atəşə tutulub.