\
26 Aprel 2024 - Cümə

Alisia Minjarez Ramirezin yeni tərcümə olunmuş şeirləri....

Alisia Minjarez Ramirezin yeni tərcümə olunmuş şeirləri....
12066baxış

Alisia Minjarez Ramirez – Meksikada doğulub, boya-başa çatıb. Nəinki öz ölkəsi üzrə, hətta Beynəlxalq miqyasda tanınmış bir şairədir.

Alisia Minjarez Ramirez çoxsaylı mükafatlara layiq görülüb. O cümlədən  

Peru hökuməti tərəfindən verilən “Dünya Mədəniyyət Mükəmməlliyi Mükafatı 2020”, “Dünya Mükəmməllik Mükafatı” adlı şeir çempionu Rumıniya 2019”, "Tra le Parole e L'infinito" Literary Prize of Italy 2019” və s. Mükafatları ilə təltif olunub.

Avropa Elmlər və Məktublar Akademiyası tərəfindən “EASAL” medal mükafatına layiq görülən Alisia xanımın şeirləri müxtəlif dillərə tərcümə edilib. Dünyada 200-dən çox qəzet və jurnallarda çap edilib.

Dünyaca tanınmış şairə fransız, ingilis, italyan və ispan dillərində səlist danışıb şeirlər yazır.

Həmin şeirlərdən biri həmkarı Ümid Neccari tərəfindən ingilis dilindən tərcümə edilib.

Mediapress.az həmin şeiri təqdim edir:

 

Təmiz vicdan

Bugünlük susuram

səhv etmirəm mən,

Boşluqla birgə uçan sükut…

 

İtirilmiş gözlərinə heyranam,

Günəş kimi aydın

Günlük düzənimi əridir gözlərin.

Sükutün sakitliyi ilə,

Yasaq bir oyun arasında gedib-gəlir.

Bürclər

Danışa bilmir.

Kainat,

Bu gün dağıla bilər.

Geri dönmək istənilir…

Dünyam alt-üst olub deyirəm.

 

Ancaq bu anda

Baxışların

Sahib olduğum hər şeydir.

 

****

Yoxluq

Sən getdin

Çılpaq kəndi məhv edib gedən yağış kimi

 

Yarpaqların altında

Sənin adın var

Küləklə uçuşur

Ayə kimi öncədən xəbər verir;

 

Hələ də başa düşmürəm

Yeddi sözü

Bütün binalardır sənin yoxluğun.

 

Hələ qaranlıq deyil ...

Günəşin dili

Artıq həmin deyil.