\
18 Aprel 2024 - Cümə axşamı

"Qarabağ Şəhidləri və Qarabağ Zəfəri" adlı şeir müsabiqəsi keçiriləcək - FOTO

"Qarabağ Şəhidləri və Qarabağ Zəfəri" adlı şeir müsabiqəsi keçiriləcək - FOTO
28755baxış
Bakı Türk Anadolu Liseyinin təşkilatçılığı ilə “Qarabağ Şəhidləri və Qarabağ Zəfəri” adlı şeir müsabiqəsi keçiriləcək.
 
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin (AYB) əməkdaşlığı ilə təşkil olunacaq müsabiqədə Azərbaycandakı ümumtəhsil məktəblərinin 9, 10 və 11-ci sinif şagirdlərinin iştirak edəcəyi gözlənilir.
 
Mediapress.az-ın məlumatın örə, müsabiqə haqqında təəssüratlarını bölüşən Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Nihat Büyükbaş şeirin tarix boyu türk toplumunun məramını ifadə edən bir vasitə olduğunu qeyd edib:
 
“Şeir-dastan ənənəsi qəhrəmanlıq, tarixi hadisələri, adət-ənənələrimizi və dövrün həyat tərzini gələcəyə daşıdığı üçün türk tarixinin işıqlandırmasında sənəd xarakteri daşıyır. Pandemiya dövründə Azərbaycan ordusunun Qarabağ qələbəsinə şahid olan övladlarımızın bu şərəfli dastanı şeir dili ilə gələcəyə daşımalarını istədik. Çünki şeirlər çap edilərək kitab halına gətiriləcək və şahid olduqları bu qələbə uşaqların gözləri ilə tarixi bir sənəd olacaq. Bu işin əsas məqsədi bir tərəfdən uşaqlarımıza və gənclərimizə milli şüur qazandıraraq yaşadıqları coğrafiyada vətən sevgisini gücləndirmək, digər tərəfdən isə yaşadıqlarını yazaraq şeir ifadə qabiliyyətlərini inkişaf etdirməkdir”.
 
 
Qeyd edək ki, müsabiqəyə qatılmaq istəyən şagirdlər 4 aprelə qədər internet vasitəsilə fotoda göstərilən ünvana elektron şəkildə və ya poçt vasitəsilə yazılarını göndərə bilərlər.