\
26 Aprel 2024 - Cümə

Türkmənistan prezidenti baş nazirin müavinlərini dəyişdi

Türkmənistan prezidenti baş nazirin müavinlərini dəyişdi
2216baxış

Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov 2019-cu ilin yekunlarına həsr olunmuş genişləndirilmiş hökumət iclasında baş nazirin iki müavinini vəzifəsindən azad edib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, 2017-ci ilin oktyabrından baş nazirin iqtisadi məsələlər üzrə müavini olan Qoçmurad Muradov və elektroenergetika məsələləri üzrə müavini Çarımurad Purçekov tutduqları vəzifədən azad ediliblər.

Onları uyğun olaraq daha əvvəl Türkmənistan Ali Nəzarət Palatasının sədri vəzifəsini icra edən Qədirgəldi Muşşikov və daha əvvəl Aşqabadın meri olan Şamuhammed Durdılıyev əvəz edəcək.

Ç.Purçekov bundan sonra energetika naziri təyin olunub.