\
23 Aprel 2024 - Çərşənbə axşamı

ABŞ kəşfiyyatı: “Rusiya yenə Trampın prezident seçilməsinə kömək edəcək”

ABŞ kəşfiyyatı: “Rusiya yenə Trampın prezident seçilməsinə kömək edəcək”
1472baxış
ABŞ kəşfiyyat idarəsinin nümayəndələri Nümayəndələr Palatasında keçirdiyi brifinq zamanı Rusiyanın Donald Trampın yenidən seçilməsi üçün 2020-ci il prezident seçkilərinə müdaxilə etdiyini bildirib. 
 
Qaynarinfo xəbər verir ki, bu barədə "Nyu York Tayms” qəzeti beş informasiya mənbəsinə istinadən məlumat yayıb.
 
Qeyd edildiyi kimi, brifinq fevralın 13-də keçirilib və ertəsi gün Tramp bir neçə gün sonra işdən çıxaracağı milli kəşfiyyat direktoru Cozef Maquayranı tənqid edib. Nəşrin dəqiqləşdirməsinə görə, Ağ Ev rəhbəri Demokrat-konqresmenlərin əldə olunmuş məlumatlardan ona qarşı yararlana biləcəyinə inanır.
 
Çərşənbə günü Amerika lideri milli kəşfiyyat direktoru vəzifəsini ABŞ-ın Almaniyadakı səfiri Riçard Qrenellin tutacağını deyib. Eyni zamanda, idarədəki iki mənbə, Maquayranın işindən azad edilməsi və Trampı narazı salan brifinqin təsadüfən üst-üstə düşdüyünə inandıqlarını bildirib