\
20 Aprel 2024 - Şənbə

Putinlə Ərdoğan görüşəcəklər - Moskvada

Putinlə Ərdoğan görüşəcəklər - Moskvada
1319baxış

Bu gün Rusiya Federasiyası Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın paytaxt Moskvada görüşü baş tutacaq.

Tərəfləri bir araya gətirən əsas səbəb son zamanlar Suriyanın İdlib bölgəsində artan gərginlik və onun meydana gətirdiyi yeni miqrasiya böhranıdır.

Qeyd edək ki, nəticədə bu gün Avropa Birliyindən NATO-ya, BMT-dən Qərb ölkələrinə qədər hər kəsin gözü Moskvada keçiriləcək Ərdoğan-Putin görüşündə olacaq.

Bugünkü kritik suallardan biri budur: Soçidə 17 sentyabr 2018-ci ildə İdlib ilə Ərdoğan arasında imzalanan atəşkəs razılaşmasından sonra yeni bir atəşkəs bəyannaməsi imzalanacaqmı?

Xatırladaq ki, daha öncə Kreml sözçüsü Dmitri Peskov sözügedən görüşün mövzuları haqda açıqlama verib:

“Görüşdə müzakirə olunması planlaşdırılan əsas məsələlər İdlib böhranı, onu meydana gətirən səbəblər, böhranın meydana gətirə biləcəyi zərərlər, böhranın qarşısının alınması istiqamətində hansı tədbirlərin görülə biləcəyidir”.

Türkiyə tərəfi də öz növbəsində münaqişənin həllinə ümid edir. Bu, ölkənin yüksək vəzifəli şəxslərinin dediklərindən aydın görünür: Ərdoğan, Türkiyə mediası ilə söhbətində, danışıqların nəticələrinə əsasən atəşkəsə nail olmaq istədiyini dilə gətirib.

Eyni zamanda, Türkiyə Müdafiə Nazirliyinin rəhbəri Hulusi Akar ölkəsinin qoşunlarının bölgədə “beynəlxalq qanunlar və əvvəllər əldə edilmiş razılaşmalar” çərçivəsində hərəkətlərini davam etdirəcəyini açıqlayıb. Nazir həmçinin Türkiyə Soçi anlaşmalarının həyata keçirilməsi üçün Rusiyanın Suriya hökumətinə təsir edəcəyinə ümid edir.

Türkiyə və Rusiya liderləri dəfələrlə kritik məqamlarda zirvə görüşləri keçiriblər, lakin bugünkü zirvə görüşünü sələflərindən fərqli edən başqa bir cəhət var. Türkiyə ilə Rusiya arasındakı İdliblə bağlı fikir ayrılıqları ilə yanaşı Türkiyə tərəfinin verdiyi canlı itki də var. Ötən cümə axşamı İdlibdə Suriya hökumət qüvvələrinə məxsus təyyarələrin  etdiyi hücumda 33 türk əsgərinin şəhid oldu. 

Qeyd edək ki, bugünkü zirvə görüşü, ehtimal ki, Ərdoğan və Putin arasında olan ən ağır görüş olacaq. Silahların susması və sülh qapısının açılmasına səbəb olacaq atəşkəs qərarının bu zirvə görüşünün ən əlamətdar uğuru olacağı gözlənilir.

İdlibdə baş verən son hadisələri müzakirə etmək üçün Moskvada bir araya gələcək Ərdoğan və Putin görüşündən əvvəl Kreml Sarayının ətrafında Rusiya kəşfiyyatı və polisi təhlükəsizlik tədbirləri artırılıb.