\
29 Mart 2024 - Cümə

Putin: "Tüpürüm onlara da, onların sanksiyasına da...”

Putin: "Tüpürüm onlara da, onların sanksiyasına da...”
1073baxış
Qərbin sanksiyaları nəticəsində Rusiya təqribən 50 milyard dollar itirdi, lakin zərərin çox hissəsini yaxşı qurulmuş idxal əvəzliyi sayəsində kompensasiya etmək mümkün oldu. 
 
Qaynarinfo xəbər verir ki, bu sözləri Rusiya prezidenti "Vladimir Putinə 20 sual" layihəsi çərçivəsində bildirib. 
 
"Tüpürüm onlara da, onların sanksiyasına da”, - Rusiya lideri deyib.
 
Putin razıdır ki, söhbət kiçik məbləğlərdən getmir, amma deyir ki, Qərb ölkələri tərəfindən sanksiyalar tətbiq edilməsi bütün Rusiyanı "beynini işə salmağa" məcbur edib. Rusiya əvvəllər olmayan texnologiyalardan müstəqil istifadə etmək üçün idxal əvəzedicisini qaydaya salıb. Bu, Rusiya iqtisadiyyatını şaxələndirməyə imkan verib.
 
Putin əks sanksiyaların tətbiqinin "Voronejin bombalanması" ilə müqayisə edilməsinə də münasibət bildirib. O, bunu cəfəngiyat adlandırıb, çünki ona görə, əks sanksiyalar Rusiya Federasiyasına kənd təsərrüfatını inkişaf etdirməyə kömək edib. "Bu, bizim daxili bazarımızı azad etdi", - deyə Rusiya başçısı əminliyini bildirib. Kənd təsərrüfatında istehsalın həcmi əhəmiyyətli dərəcədə artıb, Rusiya buğda ixracatında birinci yerə çıxıb. Putin deyib ki, buna qədər Rusiyanın bu qədər böyük taxıl ixracatçısına çevrilə biləcəyi heç kimin ağlına gəlməzdi.
 
O, əlavə edib ki, Rusiya özünü ət və südlə təmin etməyə başlayıb, tərəvəz və mal əti istehsalını inkişaf etdirmək üçün də əlavə tədbirlər görmək vacibdir.