\
23 Aprel 2024 - Çərşənbə axşamı

"Türkiyə artıq qaçqın qəbul edə bilmir" - Mövlut Çavuşoğlu

"Türkiyə artıq qaçqın qəbul edə bilmir" - Mövlut Çavuşoğlu
2490baxış

"Türkiyə artıq qaçqın qəbul edə bilmir"

Bu sözləri bazar ertəsi Türkiyənin Xarici İşlər naziri Mövlut Çavuşoğlu deyib.
Mediapress.az-ın məlumatına görə, “Financial Times” nəşrinə danışan nazir Avropa Birliyinin suriyalı qaçqınlarla bağlı bir tədbir görməməsini “insanlıq vicdanına ləkə” adlandırıb.
“Avropa Birliyinin insan haqları və beynəlxalq hüquq üçün bir mayakdır. Əgər Təşkilat Yunanıstanın qaçqınlarla rəftarına verdiyi dəstəyi dayandırmazsa, bu funksiyasını itirəcək. Biz Avropa Birliyini Suriyadakı kimi münaqişələrdən qaçan insanların böyük yerdəyişməsini idarə etmək üçün yenidən qurulmuş beynəlxalq sistem yaratmağa çağırdıq. Avropa Birliyini bu cür münaqişələrin həllində və Avropanı əhatə edən parçalanmaların həllində bizə yardımçı olmağa inandırmağa çalışdıq” – deyə Çavuşoğlu açıqlayıb.
Çavuşoğlu Suriyanın İdlib bölgəsindəki vəziyyəti Fələstinin Qəzza şəhəri ilə əlaqələndirərək, 9 il davam edən qarşıdurmada İdlib əyaləti 3,5 milyon insanın mühasirəyə alındığı yeni Qəzza halına gəldiyini vurğulayıb.
O, həmçinin Suriya rejiminin ötən may ayından bəri baş verən kütləvi hərbi hücumuna və Türkiyənin Suriyanın şimalındakı əməliyyatlarına toxunub:
“Fevral ayında türk əsgərlərinə hücum edildikdə, onla hərbi güclə cavab verdik və bir NATO ölkəsinə hücum etməyin nə olduğunu göstərdik” – deyə nazir bildirib.