\
29 Mart 2024 - Cümə

“Sadəcə, onların ölkələrinə qayıtmaları təmin olunub” - Türkiyə səfirliyindən “ermənilərə yardım” iddiasına CAVAB

“Sadəcə, onların ölkələrinə qayıtmaları təmin olunub” - Türkiyə səfirliyindən “ermənilərə yardım” iddiasına CAVAB
2257baxış

“Türkiyə səlahiyyətliləri sadəcə 70-ə yaxın erməni vətəndaşın öz ölkələrinə qayıtmasını təmin edib”.

Mediapress.az xəbər verir ki, bu sözləri koronavirus infeksiyası ilə bağlı Türkiyənin Ermənistana yardım göndərəcəyi ilə bağlı iddialara münasibət bildirən Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan bildirib.

Hüseyn Altınalan mətbuatda yayılan xəbərə münasibət bildirərək, bu yardımın sadəcə insanlıq adına olduğunu vurğulayıb:

“Türk səlahiyyətliləri insani yardım olaraq, Türkiyədə yaşayan 70-ə yaxın erməni vətəndaşın Gürcüstan üzərindən öz ölkələrinə dönməsi təmin edib. Bundan başqa yardım yoxdur”.