\
24 Aprel 2024 - Çərşənbə

Putin rusların genetik kodundan danışdı

Putin rusların genetik kodundan danışdı
2145baxış

Rusiya həmişə səylərini birləşdirərək bütün bəlalara müqavimət göstərib. Bu, rusiyalıların qanında, genetik kodlarındadır.

Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

O, hazırkı çətin situasiyada ölkə vətəndaşlarının yenidən bir yerdə olduğunu bildirib:

“Bütün zamanlarda, bütün tarixi dövrlərdə biz istənilən bəlaya qarşı səylərimizi birləşdirərək müqavimət göstərmişik. Bu ənənə bizim xalqın qanında, onun genetik mədəni kodundadır. Bu gün biz yenə bir yerdəyik”. (axar)