\
19 Aprel 2024 - Cümə

Trampın dünya liderləri ilə telefon danışığı mətbuata sızdı

Trampın dünya liderləri ilə telefon danışığı mətbuata sızdı
1148baxış
ABŞ-da araşdırmaçı jurnalist Karl Bernsteyn ölkə prezidenti Donald Trampın dünya liderləri ilə telefon danışıqlarını sənədlərə və şahidlərə istinad edərək yayımlayıb.
 
Qaynarinfo xəbər verir ki, Ağ Ev rəhbərinin telefon söhbətlərində Almaniya kansleri Angela Merkeli "axmaq", Böyük Britaniyanın keçmiş baş naziri Tereza Meyi isə "onurğasız" adlandırdığı ortaya çıxıb.
 
CNN İnternational Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinin danışıqlarda Trampa üstün gəldiklərini yazıb. Putinlə sözügedən danışıqlarda ABŞ prezidentini tez-tez özünü təriflədiyi və ölkə iqtisadiyyatının inkişafında göstərdiyi nailiyyətlərdən danışdığı qeyd olunub. Digər tərəfdən özünün Obama administrasiyasından daha güclü və ağıllı olduğunu söylədiyi ifadə edilib. CNN prezidentlərin telefon danışığını "buxar vannasında şirin söhbət edən iki adam" kimi dyərləndirib.
 
Merkellə söhbəti zamanı isə "Rusların cibində" ifadəsini işlətdiyi qeyd olunub.
 
Həmçinin Brexit məsələlərində Britaniyanın keçmiş baş naziri Tereza Meylə danışında onu əsəbiləşdirdiyi və Meyin söhbətdən sonra "gərgin və əsəbi" olduğu bildirilib. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman və Şimali Koreya lideri Kim Çen İnlə birlikdə isə öz sərvətindən ağızdolusu danışdığı deyilib.
 
Qeyd edək ki, araşdırmaçı jurnalist Karl Bernsteyn 1972-74-cü illərdə ABŞ prezidenti Riçard Nikson administrasiyasını əhatə edən və Niksonun prezidentliyinin sona çatması ilə nəticələnən Vaterqeyt qalmaqalını ortaya çıxaran şəxsdir.