\
23 Aprel 2024 - Çərşənbə axşamı

ABŞ mediası Trampın kürəkəninin Rusiya ilə şəxsi əlaqələrini üzə çıxardı

ABŞ mediası Trampın kürəkəninin Rusiya ilə şəxsi əlaqələrini üzə çıxardı
1572baxış
Ağ Evdəki mənbələrə istinadən "The Daily Best", ABŞ Prezidenti Donald Trampın kürəkəni və məsləhətçisi Cared Kuşnerin Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kiril Dmitrievlə müntəzəm və şəxsi əlaqələri barədə məlumat verib. 
 
Qaynarinfo xəbər verir ki, mediada yayılan məlumatlara görə, onlar əlaqəni çox vaxt distant, bəzən də vasitəçiləri ilə qururlar. Danışıqların mövzusu ABŞ və Rusiyanın ortaq iş qurma imkanlarıdır.
 
Xüsusilə, tərəflər OPEC sazişi, Yaxın Şərqdəki münaqişələrin həlli, Rusiyaya investisiya qoyuluşu və s. kimi məsələləri müzakirə edirlər.