\
23 Aprel 2024 - Çərşənbə axşamı

"Millət yasda, Ramiz Mehdiyev isə nəvəsinə toy edir..." - Rauf Arifoğlu

"Millət yasda, Ramiz Mehdiyev isə nəvəsinə toy edir..." - Rauf Arifoğlu
2714baxış

Hikkəli ahılın hədəsi - Ramiz Mehdiyevin təhdidinə sərt reaksiyalar

AMEA prezidenti Ramiz Mehdiyev heç cür sakitləşə, karantin dövründə nəvəsinə toy etməsinə görə qanun çərçivəsində verilən cəzaları həzm edə, hikkəsini saxlaya bilmir.

Onun avqustun 25-də yaydığı hirsli, hədyan və şantaj dolu ikinci bəyanatı təhdiddən başqa bir şey deyil.

R.Mehdiyevin iddiasına görə, qəzetlərdə və elektron KİV-lərdə ona qarşı qaralama kampaniyası aparılır, prosesə bəzi deputatlar da qoşulublar.

Onları xüsusi ittiham qaydasında məhkəməyə verməklə hədələyən ahıl akademik öz “qara siyahısı”nı açıqlayıb və konkret adlar çəkib.

Sitat: “Mənə riyakarcasına böhtan atan və təhqir edən millət vəkilləri Fəzail Ağamalı, Məlahət İbrahimqızı, Səməd Seyidov, Adil Əliyev, Musa Qasımlı, Qənirə Paşayeva, Elman Nəsirov, Hikmət Babaoğlu, Eldar Quliyev, Ülvi Quliyev, Hicran Hüseynova, Cavid Osmanov, Şahin İsmayılov, Malik Həsənov, Sevinc Hüseynova, Siyavuş Novruzov, siyasi politoloqlar Eldar Namazov, Elxan Şahinoğlu, Elçin Mirzəbəyli, keçmiş məmurlardan Hacıbala Abutalıbov, Abid Şərifov, Maksim Musayev, partiya rəhbərlərindən ”Ağ partiya"nın sədri Tural Abbaslı, AMİP sədri Arzuxan Əlizadə, “Böyük Azərbaycan partiyası”nın sədri Elşad Musayev, “Turan” partiyasının başqanı Cahandar Bayoğlu, qəzet redaktorları Rauf Arifoğlu, Bəxtiyar Sadıqov və Sərdar Cəlaloğlu unutmasınlar ki, proseslərin belə davam edəcəyi təqdirdə mən xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmək hüququmdan hər an istifadə edə bilərəm".

R.Mehdiyevin məhkəmə ilə hədələdiyi tanınmışlardan biri - “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu feysbuk hesabında yazıb ki, R.Mehdiyev şəhidlərin 40-ı çıxmadan toy edir, sabiq-sadiqləri başına toplayıb, şadyanalıq keçirir, 20 dəqiqə də atəşfəşanlıq təşkil olunur.

Baş yazar xatırladıb ki, toy karantin rejiminə görə qanunla qadağan olunan bir tədbirdir: “Yarım ildir heç kim toy mərasimi edə bilmir. O isə dövlətin qanunlarını, millətin mümkün qınağını heçə sayaraq, təmtəraqlı toy edir və özü kimi şəhidlərə, qanunlara və millətə sayğısızları nəvəsinin xeyir işinə toplayır. Millətin yasda olduğu günlərdə toy-büsat quranların videosu üzə çıxanda kürəkəni İlham Əliyevin, YAP-dakı adamı Siyavuş Novruzovun saymazyana açıqlamaları, cəmiyyətə çəmkirmələri bunların həyat manifestidir.

Bunlar belədirlər. Bunların kitabında üzr istəmək yoxdu; özlərini hər zaman haqlı sayarlar, üstün yaradıldıqlarına və qüdrətli ağsaqqala inanarlar".

R.Arifoğlu yazıb ki, R.Mehdiyev cəmiyyətə, dövlət ərkanına və elitasına nümunə olmaq əvəzinə, pis nümunə olduğunu, ümummilli yas və karantini pozduğunu, siyasi rəhbərinə etinasızlıq etdiyini hələ də etiraf etməyib: “Hələ də bu pis nümunənin əsas memarı olduğuna görə (elitanı şəxsən özü dəvət edib, o tədbirə toplayıb) heç olmasa ümumi qaydada üzr istəməyib.

Əvəzində bəyanatlar verir, qınaq, ümu-küsü, təhdid yağdırır, ona qarşı danışan və yazanların siyahısını tutur. Üsyan bayrağı açıb, lakin ətrafına kimi toplayacağını bilmir.

Toplananlar da dəyişib, cəm də dəyişib və ona tost deyənlər indi nifrin yağdırır. Ona görə də üzünü əks düşərgəyə tutub. Orada onun köhnə uşaqları var.

Ramiz Mehdiyev o qədər çox yaşadı ki, axırda müxalifət lideri də oldu. Ya da... olacaq... Düyün müxalifəti...", - deyə baş redaktor fikrini tamamlayıb.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, R.Mehdiyevin tutduğu mövqe təəssüf doğurur.

Elman Nəsirov və qardaşı qrant alır — SƏNƏD

Elman Nəsirov: “Özü toyda iştirak etməsəydi, fikirləşmək olardı ki, ailə üzvlərinə etiraz edib, amma akademik məclisin başında oturub”

Onun sözlərinə görə, AMEA prezidentinin barəsində səslənən tənqidləri kampaniya kimi qiymətləndirməsi təəccüblü haldır:

“Akademik Ramiz Mehdiyev niyə hesab edir ki, karantinə zidd olaraq nəvəsinə toy keçirməsi haqda tənqidi fikirlər qərəzlidir, obyektiv reallığı əks etdirmir və kampaniyadır? Niyə belə düşünür, anlamaq olmur.

Bilirsiniz ki, karantini pozan fiziki, hüquqi və vəzifəli şəxslər cəzalandırılır. Mehdiyev böyük idarəçilik təcrübəsinə malikdir və bilir ki, vəzifəli şəxslə adi şəxsin qanunu pozması nə deməkdir.

O, uzun müddət Prezident Administrasiyası rəhbəri olub, AMEA prezidentidir, bilir ki, qanunu pozmaq olmaz.

Prezident də dəfələrlə deyib ki, heç kim qanunun fövqündə dayana biməz, kiminsə xüsusi imtiyazı yoxdur".

E.Nəsirovun fikrincə, əgər R.Mehdiyev toyda iştirak etməsəydi, haradasa fikirləşmək olardı ki, ailə üzvlərinə etiraz edib, onlar isə razılaşmayıb və toy məclisi qurublar:

“Amma akademik məclisin başında oturub, təşkilində xüsusi söz sahibidir. Bu da qanun pozuntusudur və millət vəkili kimi mövqeyimi ifadə etmişəm ki, qanunu pozmaq olmaz.

Bu obyektiv mövqeyimə görə xüsusi ittiham qaydasında niyə məhkəməyə verilməliyəm? Bunu anlamaq olmur.

Ona görə Mehdiyev açıqlasın ki, səsləndirdiyim hansı fikirlər səhvdir. Əgər buna görə məhkəməyə verirsə, versin..."

Məhkəmə ilə hədələnən ADP sədri Sərdar Cəlaloğlu Musavat TV-yə söyləyib ki, R.Mehdiyevin Rusiyanın adamı olmasını sübut edən təkcə adi fakt indiyə qədər bir dəfədə Türkiyəyə rəsmi səfər etməməsidir:

“Rusiyadan aldığı medallar bunu təsdiqləyir. Məhkəməyə versin, mənə Əli Həsənovdan hansı təkliflər göndərdiyini orada açıqlayacağam.

Sərdar Cəlaloğlu: "Qurban Məmmədov İsgəndər Həmidovu, İsgəndər Həmidov da  onu agent adlandırdı" - MÜSAHİBƏ

Sərdar Cəlaloğlu: “Etiraf etməlidir ki, Rusiyanın tapşırıqlarını yerinə yetirmişəm”

Etiraf etməlidir ki, ailəmə, ya başqa səbəbə görə Rusiyanın tapşırıqlarını yerinə yetirmişəm, onların təsiri altında olmuşam.

Bir dəfə “Qarabağ düşmən işğalından azad olmalıdır” bəyanatı olmayıb. Sən indi məhkəmədə nəyin sübutunu istəyirsən?"

S.Cəlaloğlu qeyd edib ki, illərdir Mehdiyevin Rusiyanın tapşırığı ilə Azərbaycan əleyhinə siyasət apardığını vurğulayır.

AĞ Partiya sədri Tural Abbaslının sözlərinə görə, onun tənqidləri hədəfə dəyib: “Tənqidlər doğru olmasaydı, Ramiz Mehdiyev belə qıcıqlanmazdı. Bizim, şükür ki, Mehdiyevin tayfası ilə əlaqəmiz olmayıb.

Ağ partiya başqanı Tural Abbaslı Rauf Arifoğlunu dəstəklədi - YouTube

Tural Abbaslı: “Dövlət bu cür adamlardan tezliklə qurtulmalıdır. Onların yeri həbsxanadır”

Odur ki, “qılıncının dalı və qabağı kəsən” vaxtı da onu tənqid etmişik, yürütdüyü repressiv siyasəti pisləmişik. Bizim üçün heç nə dəyişməyib, ola bilsin ki, Mehdiyev üçün dəyişən hallar var".

T.Abbaslı onun əli silahlı quldur dəstələri olduğunu vurğuladı: “İndi ”sağ ol" deyək ki, bizi yolda güllələtməyib? Dövlət bu cür adamlardan tezliklə qurtulmalıdır. Onların yeri həbsxanadır.

Allahdan başqa kimsədən qorxumuz, gözükölgəliyimiz yoxdur, necə əvvəllər həbslərdə olmuşuq, məhkəmələr yaşamışıq, buyursun, yenə bizi məhkəməyə versin.

Sadəcə, qocanın hikkəli olduğunu, sakitləşə bilmədiyini, kimlərdənsə qisas almaq istədiyini görürük. Belə şəxsin Azərbaycan elminin başında dayanması xalqa təhqirdir və dərhal AMEA prezidentliyindən azad olunmalıdır.

Eyni zamanda, onun vəzifədən sui-istifadə, dövlət əmlakını talama ittihamları ilə bağlı barəsində cinayət işi açılmalıdır".

Arzuxan Əlizadə hökumətə səsləndi: “Bəlkə insanların səbir kasasının dolub  daşmasında maraqlısınız”? » Siam.az

Arzuxan Əlizadə: “Mehdiyevin gücü yoxdur, sadəcə, həbslə qorxutması gələcək tərəfdarlarını ruhlandırmaq cəhdidir”

AMİP-in sədr əvəzi Arzuxan Əlizadə qəzetimizə bildirdi ki, Mehdiyevin formalaşdırdığı “qara siyahı”da öz adını görüb:

 “Bu fikirləri Mehdiyev haqda uzun illər söyləmişik və yeni hal yoxdur. Yeni olan budur ki, Mehdiyevin dövründə formalaşdırdığı müxalifəti kənarda saxlamaqla yeni müttəfiqlər tapmaq istəyir.

Həmçinin, bəyanatda bir neçə deputat adı çəkilir və onları kənarda saxlayır, görünür ki, gələcəkdə müttəfiq görmək istədiyi adamlar var.

Ümumiyyətlə, parlamentdə illərlə oturan, Mehdiyevi dəstəkləyənlər var və bu mənada yeni seçkilərin keçirilməsi qanunauyğun olardı".

Partiya funksioneri hesab edir ki, iqtidarda yenilərlə köhnələrin mübarizəsi gedir: “O, bizi də prosesə qoşmaq istəyir, amma bu hakimiyyət daxilində yenilərə qarşı üsyandır.

Bir neçə il qabaq Mehdiyevin tapşırığı ilə bizə cinayət işi başlanmışdı. Amma məsələ Avropa Məhkəməsinə qədər gedib çıxmışdı və bizi həbs etdirə bilməmişdi.

İndi Mehdiyevin gücü yoxdur, özü də bilir, sadəcə, həbslə qorxutması gələcək tərəfdarlarını ruhlandırmaq, hökmünün keçdiyi mesajını vermək cəhdidir".

R.Mehdiyevin “qara siyahısı”nda olanlardan biri də politoloq Elxan Şahinoğludur. Onun “Yeni Müsavat”a dediyinə görə, Mehdiyevin Ermənistana tonlarla hərbi texnika daşıyan Rusiya ilə strateji münasibətlər haqda neçə-neçə yazısını oxuyub:

Elxan Şahinoğlu: "Rusiya rus kəşfiyyatçılarının qətli ilə bağlı məsələyə  aydınlıq gətirməlidir"

Elxan Şahinoğlu: “Deyəsən, dövrünüzün bitməsiylə barışa bilmirsiniz, ancaq sizin eranız bitib”

“Azərbaycanda siyasi islahatları tormozlayan fiqur olmusunuz. İrəli sürdüyünüz kadrların rayonlarda hansı oyunlardan çıxdığı göz qabağındadır, icra başçılarının rüşvətlərini yığıb-yığışdırmaq olmur.

Yeri gəlmişkən, məmur maaşı ilə Novxanıda lüks villaların hansı pulla alınması da maraqlıdır.

Bir də ki, dövlətçi olduğunu iddia edən məmur toy biabırçılığından sonra dövlətinin adına zərər gəlməsin deyə özü istefa verərdi.

Siz isə Elmlər Akademiyasının saytından öz şəxsi məqsədləriniz üçün istifadə edirsiniz. Deyəsən, dövrünüzün bitməsiylə barışa bilmirsiniz, ancaq sizin eranız bitib".