\
29 Mart 2024 - Cümə

Ukrayna Aİ-nin Belarusa qarşı sanksiyalarına qoşula bilər

Ukrayna Aİ-nin Belarusa qarşı sanksiyalarına qoşula bilər
2316baxış

Ukrayna Avropa İttifaqının (Aİ) Belarusa qarşı tətbiq edəcəyi sanksiyalara qoşula bilər.

Bu barədə Ukraynanın Xarici İşlər naziri Dmitro Kuleba bu gün keçirilən brifinqdə deyib.

"Hələ ki, Avropa İttifaqının sanksiyalarını görməmişik, lakin biz Aİ-nin yanaşmasını dəstəkləyirik. Bu sanksiyaları gördükdən sonra öz nəticələrimizi çıxaracağıq", - deyə ukraynalı nazir bildirib.

Nazir qeyd edib ki, Ukrayna Belarusdakı vəziyyətlə bağlı mövqeyini Aİ və ABŞ-la sinxronlaşdırır: “Biz Belarusun daxili işlərinə qarışmırıq, xalq öz inkişaf yolunu özü seçməlidir".

Nazir Kuleba ölkəsinin Belarusda keçirilmiş Prezident seçkilərini tanıyıb-tanımamasına dair suala cavab verməyib.

"Seçkilərin nəticələri Belarus MSK tərəfindən elan edilib. Ancaq nəticələrdə əhəmiyyətli çatışmazlıqlar var idi ki, bu da seçki sahəsində standartlara cavab verməyib", - deyə D. Kuleba əlavə edib.