\
25 Aprel 2024 - Cümə axşamı

Ermənistan əsgərlərini daşıyan alman təyyarəsinin Türkiyə üzərindən uçuşuna qadağa qoyuldu - FOTOLAR

Ermənistan əsgərlərini daşıyan alman təyyarəsinin Türkiyə üzərindən uçuşuna qadağa qoyuldu - FOTOLAR
4484baxış

Türkiyə-Almaniya münasibətlərində növbəti gərginlik yaşanmaqdadır.

Mediapress.az-ın məlumatına görə, son illərdə müxtəlif sahələrdə  və mövzularda ciddi fikir ayrılıqlarına görə daim gərginlik altında olan münasibətlər bu günlərdə bir daha kəskinləşib.

Nəticədə Almaniyanın “Spiegel”, “Deutsche Welle” və “Frankfurter Allgemeine” kimi mərkəzi mətbuat orqanlarında anti-türk materilların yer almasına səbəb olub.

Xatırladaq ki, cari ilin iyul ayında Almaniyanın ərazisində birgə alman-erməni hərbi təlimlərinin keçirilməsi məqsədi ilə alman ordusu özünün A-310 markalı hərbi-nəqliyyat təyyarəsini Ermənistana göndərib. Lakin Köln hava limanından Ermənistana istiqamət alan təyyarə Türkiyə səmasından uçarkən, türk tərəfi uçuşa icazə verməyib. Təyyarənin geri dönməyəni təkid edib. Beləliklə, təyyarə boş vəziyyətdə geri dönməli olub.

Alman Hərbi Hava Qoşunları Komandanlığının (Luftwaffe) nümayəndəsinin “Frankfurter Allgemeine” qəzetinə (28.08-2020) verdiyi açıqlamaya görə, baş vermiş insidentdən sonra alman tərəfi NATO çərçivəsində müttəfiqlik münasibətlərini əsas gətirib. Və Ermənistana üçüş icazəsinin verilməsi üçün Türkiyə ilə apardığı diplomatik danışıqlar nəticəsiz qalıb. Bundan sonra Rusiya ilə danışıqlar aparılıb. Məhz Rusiya vasitəsi ilə Ermənistan ordusunun bir qrup əsgər-zabit heyəti Almaniyaya çatdırılıb. Beləcə, avqust ayında yuxarıda qeyd edilən birgə Almaniya-Ermənistan hərbi təlimi baş tutub.

Əlavə edək ki, dərin tarixi köklərə malik olmasına baxmayaraq,  Almaniya-Türkiyə münasibətləri dayanmadan pisləşməkdədir.

Xatırladaq ki, 2016-cı ildə Alman Parlamentində “erməni genosidi”nin tanınmasına dair qətnamə qəbul edilib. Türkiyə tərəfi isə 2017-ci ildə öz ərazisində yerləşən “İncirlik” hərbi bazasından alman təyyarələrinin istifadə etməsini qadağa edib.

Son illər alman-türk münasibətlərinin pisləşməsi fonunda Almaniya ilə Ermənistan arasında siyasi-diplomatik və hərbi əməkdaşlığı isə yüksələn inkiş.af xəttindədir. Adıçəkilən birgə hərbi təlimlər məlum Tovuz hadisələri dövrünə təsadüf etməkdədir.

Qeyd edək ki, son illər Almaniyanın Ermənistandakı Səfirliyinin dəstəyi ilə Alman Parlamentində Azərbaycanın əleyhinə yönəlmiş bir sıra qətnamələr qəbul edilib.

https://www.dw.com/tr/spiegel-t%C3%BCrkiye-alman-askeri-u%C3%A7a%C4%9F%C4%B1n%C4%B1n-u%C3%A7u%C5%9Funa-izin-vermedi/a-54730641?fbclid=IwAR1tpyMTs_pE5vYcv0-FAaAVxwc4jfH2BV6GgueIuG9CTCzgCuTudjK1B_g

Elsevər B.