\
28 Oktyabr 2020 - Çərşənbə

Tramp Navalnı haqda suala cavab verməkdən imtina etdi

Tramp Navalnı haqda suala cavab verməkdən imtina etdi
1435baxış

ABŞ Prezidenti Donald Tramp jurnalistin Korrupsiyaya Qarşı Mübarizə Fondunun təsisçisi, rusiyalı müxalifətçi Aleksey Navalnı ilə baş vermiş insidentlə bağlı sualına cavab verməkdən imtina edib.

Virtualaz.org TASS-a istinadən bildirir ki, bu barədə Ağ Evin Mətbuat Xidməti məlumat yayıb.

Məlumatda deyilir: “Amerikalı liderdən “Navalnını kim zəhərləyib” deyə soruşdular. “Biz bu barədə gələn dəfə danışarıq” deyə Tramp bu mövzuya qayıdacağına söz verdi”.

Qeyd edək ki, daha əvvəl ABŞ-ın Dövlət katibi Mayk Pompeo baş vermiş bütün faktlar məlum olan kimi Vaşinqtonun məsələyə mütləq reaksiya verəcəyini bildirmişdi. ABŞ Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının nəticələrini gözləyir.