\
29 Mart 2024 - Cümə

Fransa XİN: “Biz “DQR”-i tanımırıq”

Fransa XİN: “Biz “DQR”-i tanımırıq”
1183baxış

Rəsmi Paris “Dağlıq Qarabağ Respublikası”nı (“DQR”) tanımır.

Virtualaz.org TASS-a istinadən bildirir ki, Fransa Xarici İşlər Nazirliyinin (XİN) brifinq zamanı yayımlanmış açıqlamasında belə deyilir.

“25 noyabrda Senat qətnamə qəbul edib və bu qətnamədə öz müstəqilliyini elan etmiş “Dağlıq Qarabağ Respublikası”nın tanınması ilə bağlı Fransa hakimiyyətinə çağırış edilib. Səsvermədən əvvəlki müzakirələr zamanı Xarici İşlər Nazirliyinin Dövlət katibi Jan-Batist Lemuan Fransa hökumətinin bu mövzuda mövqeyini bir daha xatırladıb – Fransa özünü müstəqil elan etmiş “Dağlıq Qarabağ Respublikası”nı tanımır”, - deyə məlumatda qeyd olunub.

Eyni zamanda, Jan-Batist Lemuan qətnaməyə baxış zamanı bildirib ki, Fransanın “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini birtərəfli qaydada tanıması heç kimə fayda verməyəcək və sülh prosesinin irəliləməsinə kömək etməyəcək.