\
19 Aprel 2021 - Bazar ertəsi

İran ABŞ və Avropanın təklifini rədd etdi

İran ABŞ və Avropanın təklifini rədd etdi
598baxış

İran hökuməti ABŞ və Avropa İttifaqının Tehranın nüvə proqramı ilə bağlı birbaşa diplomatik təmaslara başlamaq barədə təklifinə rədd cavabı verib.

Virtualaz.org bildirir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Nəşrin yazdığına görə, bu, Qərb ölkələri ilə İran arasında gərginliyin artmasına səbəb ola bilər.

“Reuters” isə bildirib ki, ABŞ tərəfi İranın bu addımından məyus olub.

Bu arada diplomatlar İranın imtinasının yaxın aylarda birbaşa danışıqlara olan bütün ümidləri aradan qaldırmadığını, Tehranın siyasi gedişinin növbəti danışıqlarda üstünlük əldə etmək cəhdi ola biləcəyini bildiriblər. Onlar güman edirlər ki, bu danışıqlar  martın sonlarında - İran Yeni ilinədək başlaya bilər.

Bundan əvvəl ABŞ Prezidenti Co Baydenin administrasiyasından bildirmişdilər ki, yeni rəhbərlik İrana qarşı əvvəlki prezident Donald Trampın dövründə tətbiq olunan sanksiyaların yumşaldılması ehtimalını nəzərdən keçirir. "The Sunday Times" nəşrinin mənbəyi bildirir ki, yeni administrasiya danışıqların baş tutmasında israr edir və bu əlamət  "sanksiyaların yumşaldılmasının o qədər də uzaqda olmadığını göstərir".