\
28 Mart 2024 - Cümə axşamı

Putin: - “Qarabağda münaqişə dayandırılıb”

Putin: - “Qarabağda münaqişə dayandırılıb”
1494baxış

Rusiya regional münaqişələrin həllində fəal iştirak edir.

Mediapress.az xəbər verir ki, Rusiya mətbuatı yazır ki, bunu Rusiya Prezidenti Vladimir Putin Beynəlxalq Təhlükəsizlik üzrə IX Moskva Konfransında bəyan edib.

 

Onun sözlərinə görə, Rusiyanın mühüm töhfəsi ilə Qarabağdakı münaqişə dayandırılıb.

“Rusiya sülhməramlıları regionda sülhə və təhlükəsizliyə etibarlı zəmanət verir, humanitar vəziyyətin yaxşılaşdırılması, ərazilərin minalardan təmizlənməsi və sosial infrastrukturun bərpası üçün çox şey edirlər”, - deyə o bildirib.

“Rusiya ayrılmaz tarixi, mədəni və humanitar əlaqələri ilə yaxın olduğu qonşu ölkələrin təhlükəsizliyi və rifahı üçün üzərinə düşən məsuliyyəti heç vaxt unutmur. Regional münaqişələrin de-eskalasiyasına, ortaq qitəmizdə sülhün və sabitliyin möhkəmlənməsinə töhfə verməyə davam etmək niyyətindəyik”, - deyə RF dövlət başçısı əlavə edib.