\
20 Aprel 2024 - Şənbə

Erməni nazir Rusiyaya gedir - SƏBƏB

Erməni nazir Rusiyaya gedir - SƏBƏB
1526baxış
Ermənistan Müdafiə Nazirliyi MDB-nin kadrlarla iş üzrə departament iclasında iştirak edəcək.
 
Bu barədə Ermənistan Müdafiə Nazirliyi açıqlama yayıb.
 
MDB ölkələri Müdafiə Nazirləri Şurası çərçivəsində 23-24 iyun tarixlərində Rusiya və Özbəkistanda birlik ölkələrinin Müdafiə Nazirliklərinin şəxsi heyəti ilə iş üzrə bölmə rəhbərlərinin növbəti iclası keçiriləcək.
 
İclasda nazir Vaqarşak Arutyunyanın rəhbərlik etdiyi Ermənistan Müdafiə Nazirliyinin nümayəndə heyəti də iştirak edəcək.
 
Qeyd olunub ki, bu cür iclaslar MDB Müdafiə Nazirləri Şurasının iş planına uyğun olaraq mütəmadi olaraq keçirilir.