\
24 Aprel 2024 - Çərşənbə

Rusiya və Ermənistan XİN başçıları arasında telefon danışığı olub

Rusiya və Ermənistan XİN başçıları arasında telefon danışığı olub
1525baxış

Oktyabrın 1-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında telefon danışığı olub.

Bu barədə “Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir.

Bildirilib ki, tərəflər humanitar məsələlərin həllini və s. müzakirə ediblər.

"Tərəflər regional sabitlik və təhlükəsizlik problemləri, o cümlədən 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli razılaşmaları barədə fikir mübadiləsi aparıblar. Eyni zamanda minalı ərazilərin xəritələrinin verilməsi, mədəni irs obyektlərinin qorunub saxlanması kimi məsələləri müzakirə ediblər", - məlumatda qeyd olunub