\
24 Aprel 2024 - Çərşənbə

Ceyhun Bayramov Ermənistana xəbərdarlıq edib

Ceyhun Bayramov Ermənistana xəbərdarlıq edib
1494baxış

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən son gərginliyə münasibət bildirib.

"Report"un xəbərinə görə, nazir jurnalistlərə açıqlamasında deyib ki, gərginliklərin yaşanmamasının yeganə yolu sərhədlərin delimitasiyası prosesinin başlanılmasıdır.

O qeyd edib ki, Ermənistan indiyə kimi müxtəlif bəhanələrlə buna imkan verməyib.

"Əfsuslar olsun ki, zaman-zaman sərhəddə Ermənistan tərəfindən təxribatlar törədilir. Bunlar çox xoşagəlməz haldır. Həmin təxribatlar nəticəsində insanlar həlak olur. Ermənistan başa düşməlidir ki, belə təxribatlara əl atmaqla heç nəyə nail olmayacaq. Bunun çox ağır və ağrılı nəticələrini yaşayacaq. Hesab edirik ki, Ermənistan bu əməllərindən əl çəkməlidir", - nazir vurğulayıb.