\
26 Aprel 2024 - Cümə

“Putin Ukrayna ilə bağlı danışıqlara hazırdır…” - Peskov açıqladı

“Putin Ukrayna ilə bağlı danışıqlara hazırdır…” - Peskov açıqladı
1447baxış

Rusiya prezidenti Vladimir Putin Ukrayna ətrafındakı vəziyyətlə bağlı danışıqlara hazırdır, lakin bu, Rusiya üçün daha böyük "təhlükəsizlik təminatı” probleminin yalnız bir hissəsidir. Bunu Putinin sözçüsü Dmitri Peskov CNN-ə bildirib.

"Əvvəla, prezident Putin həmişə danışıqlar və diplomatiya tələb edib. Əslində, o, Rusiya Federasiyası üçün təhlükəsizlik təminatları məsələsinin təşəbbüskarı olub. Ukrayna isə problemin yalnız bir hissəsidir, bu, Rusiya üçün təhlükəsizlik təminatı ilə bağlı daha böyük problemin bir hissəsidir və əlbəttə ki, prezident Putin danışıqlara hazırdır”, - deyə Peskov bildirib.

Bazar ertəsi Putin Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ və NATO ilə təhlükəsizlik üzrə danışıqların davam etdirilməsini müzakirə edib. Prezident deyib ki, NATO-nun şərqə doğru genişlənməsi "sonsuz və çox təhlükəlidir” və vurğulayıb ki, bu proses "keçmiş Sovet İttifaqı respublikaları, o cümlədən Ukrayna hesabına keçirilir”.

(virtualaz.org)