\
28 Mart 2024 - Cümə axşamı

Türkiyə və Ukrayna XİN başçıları arasında görüş olub

Türkiyə və Ukrayna XİN başçıları arasında görüş olub
1587baxış

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ukraynalı həmkarı Dmitro Kuleba arasında ikitərəfli görüş olub.

Nazirlər Ankaranın Ukrayna və Rusiya arasında vasitəçiliyini müzakirə ediblər.

Qeyd edək ki, bu gün Antalyada Türkiyə, Rusiya və Ukrayna XİN başçıları Mövlud Çavuşoğlu, Sergey Lavrov və Dmitro Kuleba arasında üçtərəfli görüş olacaq.